Balayan Azərbaycana qarşı terror çağırışı etdi
Bizi izləyin

Dünya

Balayan Azərbaycana qarşı terror çağırışı etdi

Erməni xüsusi xidmət orqanlarına Azərbaycanın strateji obyektlərində terror törətmək təklif olundu.

Dilqəm Əsgərov və Şahbaz Quliyevin işğal altındakı Kəlbəcərə gedib videoçəkiliş etmələri Ermənistanda ajiotaj doğurub. Məsələ ilə bağlı Ermənistanın siyasi xadimləri, müstəqil ekspertləri müxtəlif fikirlər səsləndirirlər.

Bəziləri Kəlbəcərə gedən yolları tamamən minalamağı təklif edir . “Armenia Today” agentliyinə müsahibə verən müstəqil ekspert Ayka Balayan isə əsir düşmüş azərbaycanlıları terrorçu adlandırıb. Balayan deyib: “Onları elə cəzalandırmaq lazımdır ki, yeni Ramil Səfərovlar yaranmasın”.

Balayan sətiraltı işarə edib ki, Dilqəm Əsgərov və Şahbaz Xudiyevi məhv etmək lazımdır.

Digər tərəfdən, erməni ekspert Azərbaycanın son zamanlar gücləndiyini və “düşmən ordunun” yeni hərbi texnika ilə üstünlük əldə etdiyini dilə gətirib.

Balayan deyib ki, “azərbaycanlılara cavab olaraq onların ərazisini bombalamaq, atəşə tutmaq” mənasızdır: “Məsələyə ordunun yox, xüsusi xidmət orqanlarımızın qarışması daha effektli ola bilər. Azərbaycanın strateji obyektləri var”.

Böyük ehtimalla, “strateji obyekt” deyəndə erməni ekspert Gürcüstandan keçən tranzit neft boru kəmərinə və digər strateji obyektlərimizə işarə edir. Başqa sözlə, Balayan erməni xüsusi xidmət orqanlarının bu obyektlərdə terror aktları, təxribatlar törətməsini daha məqbul sayır.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm