Ana qarnındakı körpəyə çəkiclə vurdu
Bizi izləyin

Dünya

Ana qarnındakı körpəyə çəkiclə vurdu

İngiltərənin Birmingham şəhərində bir hamilə qadının qarnındakı körpəsinin nə qədər güclü və möhkəm olduğunu göstərmək üçün əlinə aldığı bir çəkiclə qarınına vurub.

ANS PRESS-in məlumatına görə, sosial şəbəkədə yayıldıqdan sonra bu video çarx birmənalı qarşılanmayıb.

Məsuliyyətsiz qadının bu hərəkəti şəbəkədə ciddi təpki doğurub. 24 yaşlı Heather Thorpe səkkiz yarım aylıq hamiləykən, qarnındakı körpənin nə qədər möhkəm olduğunu göstərmək üçün çəkiclə qarnına vurarkən, körpənin atası Sean Hanlon da o çirkin səhnələri cib telefonuna çəkib.

Bu hadisədən bir neçə həftə sonra onların oğulları Jonathon dünyaya gəlib. Görüntülərin internetdə yayılmasından sonra uşaq hüquqları təşkilatları ayağa qalxıb.

Məsuliyyətsiz ana haqqında istintaq işi başlanıb.

Hadisənin qəhrəmanı olan qadın isə şərh verməkdən imtina edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm