Dünya
“Boinq 777” qəzasından bildiklərimiz (FOTO)
Cümə axşamı günü axşam saatlarında Donetsk səmalarında
vurulduğu iddia olunana təyyarə qəzaya uğrayıb. ANS PRESS-in
məlumatına görə, hadisə nəticəsində 283 sərnişin (onların arasında
- üç uşaq) və 15 ekipaj üzvlərinin hamısı həlak olub.
Rusiya sərhəddindən 60 km. aralıda Ukraynanın vətəndaş müharibəsi
gedən bölgəsində baş verən qəzada hər iki sərhəd ölkə bir-birini
məsul bilir və vurulduğunu iddia edir. ABŞ Xüsusi Xidmətinin
bildirdiyinə görə qəza baş verən dəqiqələrdə həmin ərazidə yer-səma
tipli raketin atıldığı qeydə alınıb. Bundan əlavə Ukrayna tərəfi
yaydığı foto və videolarda təyyarənin məhz hansı raket qurğusu
vasitəsilə vurulduğunu göstərən dəlillər irəli sürür. Hazırda
təyyarənin araşdırılması Beynəlxalq səviyyədə içərisində daha çox
vətəndaşı həlak olan Hollandiyanın rəhbərliyi ilə aparılır. BMT-nin
son qətnaməsində bölgəni nəzarət edən qondarma Donetsk Xalq
Respublikası yaraqlılarına müraciət olunub. Qətnamədə ərazidə
təcili olaraq araşdırmaya mane olacaq silahlı münaqişələrin
dayandırılması və əraziyə ATƏT nümayəndələrinin təhlükəsizliyinin
təmin edilərək buraxılması tələbi durur.
Öz növbəsində qondarma respublika yalnız Beynəlxalq müşahidəçilərin
baxışından sonra tapılan 196 cəsədin Xarkova verilməsi tələbini
irəli sürüb.
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO