Dünya
Avropa nəyi gözləyir?
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili "Politico"
jurnalında «Avropa Rusiya ilə nə etməlidir?» başlıqlı məqaləsində
yazır ki, bir neçə həftə əvvəl Almaniyanın Marshal Fondunun təşkil
etdiyi tədbirdə o, Avropanın Ukrayna hadisələrinə reaksiyasını
tənqid edəndə İtaliyanın xarici işlər naziri ona yaxınlaşıb və
kinayə ilə soruşub ki, «Siz nə təklif edirsiniz? Avropa Rusiyanı
bombalasınmı?».
Saakaşvili isə cavab verib ki, «Bəs Avropa gözləməlidirmi ki,
birinci Rusiya Avropanı bombalasın?».
ANS PRESS-in Azadlıq Radiosu-na istinadən məlumatına görə,
Saakaşvili yazır ki, heç kim Avropanın Rusiyaya hərbi cavabını
gözləmir. Ancaq Avropa Rusiyaya qarşı sanskiya məsələsində yenə
razılığa gələ bilmədi.
Saakaşvilinin fikrincə, Avropa ölkələri diplomatik manevrlər
edirlər ki, bəlkə münaqişə yavaş-yavaş səngidi, «dişləyən
sanksiyalara» ehtiyac qalmadı.
Bu, Rusiyanın ustallaşdığı köhnə oyundur. Putin sülhə çağır-çağıra
yaraqlıları silahlandırmaqda davam edir.
Saakashvili etimad doğuran müşahidəçilərin fikrini əsas gətirir ki,
Rusiya kəşfiyyat əməliyyatları, silah təchizatı ilə Ukrayna
ordusunun tükənməyini, Ukrayna iqtisadiyyatının çökməyini gözləyir.
Onda xalq Ukrayna hakimiyyətinin əleyhinə qalxacaq.
Saakaşvili hesab edir ki, Avropanın cavabı Rusiyanın hərəkətlərinə
adekvat deyil. Burada söhbət bombalamaq, ya bombalamamaqdan
getmir.
Saakaşvili təklif edir ki, ABŞ və Avropa Ukraynaya birbaşa hərbi
yardım etsin. Amerika və Avropa öz şirkətlərinə Rusiyanın enerji
sektoruna investisiyaları qadağan etsin. Rusiyanın Drujba
kəmərindən neft almağı dayandırsın. Rusiya ilə hərbi əməkdaşlığı
qadağan etsin. ABŞ və Avropanın Mərkəzi Bankları Rusiyanın
vəsaitlərini hesablarını dondursunlar.
Saakaşvili hesab edir ki, bu addımların, hətta bir qismi Putinin
hakimiyyətini dağıdacaq.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?