Dəməşq müxalifətin tələbi qarşısında geri çəkildi
Bizi izləyin

Dünya

Dəməşq müxalifətin tələbi qarşısında geri çəkildi

Suriya müxalifəti “Cenevrə-2” danışıqlarında irəliləyişin əldə olunduğunu bəyan edib.Publika.Az –ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Suriyan Müxalif və İnqilabçı Güclərin Milli Koalisiyası keçid hökumətinin yaradılması haqqında danışıqların başlandığını açıqlayıb.

Danışıqlarda Suriya müxalifətini təmsil edən nümayəndə heyətinin üzvü Luay Safi bildirib ki, Bəşər Əsəd nümayəndələri ilə artıq keçid hökumətinin formalaşdırılması söhbətinə başlanılıb. “Bizə elə gəldi ki, qarşı tərəf bu gün keçid hökumətinin formalaşdırılması mövzusunu müzakirə etməyə daha çox hazırdır. Bununla belə, hökumət terrorçuluq məsələsinin müzakirəsinə də təkid edir”, - deyə o vurğulayıb.

O, hələ ki keçid hökumətlə bağlı konkret detalların müzakirə olunmadığını bildirib. L.Safi yaxın günlərdə hökumətin tərkibi və onun səlahiyyətləri barədə müzakirələrə başlamağı planlaşdıqlarını deyib.

Qeyd edək ki, “Cenevrə-2” sülh konfransının ilk günlərində Suriya hökuməti və müxalifətinin mövqeyində kəskin fərqlilikləri var idi. Hökumətin konfransa göndərdiyi nümayəndə heyəti Suriyada terrorçulara qarşı mübarizə məsələsini önə çıxardığı halda, müxalifət ilk olaraq keçid hökumətinin yaradılması məsələsinin müzakirə olunmasını tələb edirdi.

Dünən isə Suriya müxalifəti böhranın nizama salınması ilə bağlı hazırladığı planını təqdim edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm