General təsdiq etdi: 40 hərbçi Rusiya tərəfə keçib
Bizi izləyin

Dünya

General təsdiq etdi: 40 hərbçi Rusiya tərəfə keçib

Ukraynanın Müdafiə naziri Valeri Geletey 40 hərbçinin döyüşdən imtina edərək Rusiyaya sığındığını təsdiq edib.

Axar.az xəbər verir ki, general Rusiya tərəfinin də hərbçilərin sığınma informasiyasına aydınlıq gətirərək məlumatın düzgün olduğunu təsdiq edib.

Qeyd edək ki, şənbə günü Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) 40 ukraynalı hərbçinin döyüşdən imtina edərək ölkələrinə sığındığını bildirmişdi.

FSB-nin mətbuat xidmətinin verdiyi məlumata görə, hərbçilər öz xalqına qarşı döyüşməyi rədd edərək Rusiyaya sığınıb.

Xatırldaq ki, Ukraynanın şərq və cənub-şərq bölgələrində təhlükəsizlik qüvvələri ilə Rusiya tərəfdarı olan separatçılar arasında qarşıdurmalar davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm