• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

G7 liderləri Rusiyaya xəbərdarlıq etdi

  • Dünya
  • 31 İyul 2014 10:44
  • 364 Baxış
G7 liderləri Rusiyaya xəbərdarlıq etdi

“Böyük yeddilik” (G7) ölkələri – ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya Rusiyanı növbəti sanksiyalarla hədələyib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, G7 liderlərinin qəbul etdiyi birgə bəyanatda Rusiyanın Ukrayna böhranı ilə bağlı mövqeyi sərt tənqid olunub.

Birgə bəyanatda bildirilir ki, əgər Moskva Ukrayna məsələsi ilə bağlı mövqeyini dəyişdirməsə, sanksiyalar paketinin növbəti mərhələsi barədə konkret addımlar atılacaq. Rusiyanı Ukraynaya silah-sursat, həmçinin silahlılar göndərməkdə ittiham edən G7 liderləri Moskvanı bundan çəkinməyə çağırıb.

Xatırladaq ki, dünən Avropa İttifaqı Ukrayna hadisələrinə görə Rusiyaya qarşı hazırlanmış “qara siyahı”ya daha 8 nəfər və 3 kampaniyanı daxil edib. Avropa İttifaqının rəsmi saytında yerləşdirilən məlumatda Krım və Sevastopolda nəqliyyat, telekommunikasiya, energetika, eləcə də neft, qaz, mineral ehtiyatlar sahəsində yeni investisiyaların qoyulmasına qarşı məhdudlaşdırıcı tədbirlərin qəbul olunduğu da qeyd edilib.

Ümumilikdə isə, Ukrayna hadisələrinə görə sanksiyaların tətbiq ediləcəyi “qara siyahı”ya 95 nəfər və 23 hüquqi şəxs daxildir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR