Dağıstanlı qanuni oğrunun məhkəməsi yekunlaşdı
Bizi izləyin

Dünya

Dağıstanlı qanuni oğrunun məhkəməsi yekunlaşdı

Mahaçqalada yerləşən Lenin rayonu məhkəməsində dağıstanlı qanuni oğru Ziyavutdin Abdulxalikovun məhkəməsi sona çatıb. Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Zyava ləqəbli kriminal avtoritetin məhkəmə işi 10 aydan artıq idi ki, davam edirdi. Müttəhimin səhhətindəki problemlərlə bağlı arada fasilələr yaranmışdı. Həm də cinayət işinə baxmaqdan iki hakim imtina etmişdi. Zyavanın intiqamından qorxmayan hakim tapılanadək məhkəmə təxirə salınırdı.

Abdulxalikov keçən ilin sentyabrında həbs olunmuşdu. Qanun keşikçiləri onun üzərinə baxış keçirdikləri zaman narkotik maddələr tapmışdılar.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm