Yanukoviç məzuniyyətə çıxdı
Bizi izləyin

Dünya

Yanukoviç məzuniyyətə çıxdı

Ukraynada qarşıdurmalar və etiraz aksiyalarının səngimədiyi bir vaxtda ölkə prezidenti Viktor Yanukoviç məzuniyyətə çıxıb.

ANS PRESS-in "İnterfaks"a istinadla verdiyi məlumata görə, dövlət başçısı xəstəlik kağızı açdırıb.

Bu barədə məlumatı tibbi məsələlər üzrə dövlət idarəsi rəhbərinin müavini Aleksandr Orda verib. "Ukrayna prezidenti kəskin respirator xəstəliklə bağlı olaraq xəstəlik kağızı açdırıb. Xəstəlik yüksək temperaturla müşahidə edilir".

Bu arada Ukraynada parlamentin ölkədəki siyasi gərginliklə əlaqədar keçirdiyi növbədənkənar iclası başa çatıb. İclasın yekunu olaraq qanunvericilər qarşıdurmalar zamanı saxlanılan fəalların azadlığa buraxılması üçün hökumətin əfv fərmanı imzalanmasına qərar veriblər. Lakin qərar hazırda hökumət binalarını zəbt etmiş nümayişçilərin binaları tərk edəcəyi təqdirdə icra olunacaq.

Etirazçılar isə kəskin şaxataya baxmayaraq, meydan və küçələri hələ də tərk etməyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm