Kiyevə xəbərdarlıq: “Ukrayna üzərində yeni Maydanın kölgəsi görünür”
Bizi izləyin

Dünya

Kiyevə xəbərdarlıq: “Ukrayna üzərində yeni Maydanın kölgəsi görünür”

“Ukraynanın üzərində yeni Maydan kölgəsi görünməyə başlayıb”.

Publika.az-ın verdiyi xəbərə görə, belə bir iddia ilə Böyük Britaniyanın “The Guardian” qəzeti çıxış edib.
Qəzet hesab edir ki, Ukraynada inqilabi əhvali-ruhiyyə yorğunluq, laqeydlik və qıcıqlanma əvəz olunur. Böyük Britaniya qəzeti iddia edir ki, hakimiyyətdən narazılıq getdikcə daha aydın hiss olunur.

“Ukraynanın inqilabçı arzuları ölkənin şərqindəki müharibədə və siyasi durğunluqda batdı. Prezident Viktor Yanukoviç artıq yoxdur. Amma bu inqilabçıların nail olduğu yeganə nailiyyətdir. Meydan özünün əsas məqsədinə nail oldu: prezident Yanukoviç devrildi. Amma bir ay sonra Ukrayna Krımı itirdi və ölkənin şərqində vətəndaş müharibəsi başladı”, -məqalədə deyilir.

“The Guardian” yazır ki, analitiklər ciddi iqtisadi problemlərin yaxında olması barədə xəbərdarlıq edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm