
Rusiyanın ərazisinə keçən Ukrayna hərbçilərdən daha 48-i
geri göndərilib.
Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi
məlumata bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Rostov
vilayəti üzrə nümyəndəsi Vasiliy Malayev bildirib.
Xatırladaq ki, avqust ayının 4-də 438 Ukrayna hərbçisi Rusiya
tərəfinə keçmişdi.
Onların çox hissəsi artıq Ukraynaya geri göndərilib. Hazırda
Ukrayna hərbçiləri üçün qurulan düşərgədə 50 nəfər qalır. Ukrayna
hərbçiləri onların separatçıların fasiləsiz atəşinə məruz qaldığı,
eyni zamanda silah və qida çatışmazlığı ilə qarşılaşdığından Rusiya
tərəfinə keçməyə məcbur olduğunu bildirmişdi.
Ömər Dağlı