Dünya
Kürdəmirdə qəza: bir ailənin 5 üzvü yaralandı
Kürdəmir rayonunda baş verən yol qəzasında bir ailənin 5
üzvü xəsarət alıb.
ANS PRESS-in məlumatına görə, hadisə bu gün saat 14.00 radələrində
Bakı-Qazax yolunun Kürdəmir rayonunun Sorsor kəndindən keçən
hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 55 yaşlı Fərhad Əlihüseyn oğlu Qarayev idarə
etdiyi “Mercedes” markalı minik maşının idarəetməsini itirib və
yoldan çıxararaq aşırıb.
Nəticədə F.Qarayev və onun sərnişini olan həyat yoldaşı - 51 yaşlı
Qarayeva Almaz Hacıağa qızı , oğlu 22 yaşlı Elvin Qarayev, qızları
21 yaşlı Nisə Qarayeva və 28 yaşlı Aytən Qarayeva müxtəlif bədən
xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına
yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, Almaz Qarayevanın vəziyyəti
ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib, Aytən və Nisə
Qarayevaların vəziyyəti kəskin ağır olduğundan Bakı şəhərinə
göndərilib.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat
Şöbəsində araşdırma aparılır.
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO