
17 dekabrda həbs olunan iş adamı Rza Zərrab diş ağrısına görə xəstəxanalıq olub.
Yanvarın 23-ü gecə saatlarında Zərrab şiddətli diş ağrısına görə nəzarətçilərə xəbər verib. Bundan sonra Zərrab həbsxanada olan tibb məntəqəsinə aparılıb. Həbsxana həkimi diş həkiminə getməyin zəruri olduğunu bildirib.
Daha sonra Zərrab təcili yardımla xəstəxanaya aparılıb. Zərrab burada 1 saat müalicə alıb və ağrı kəsicilərdən sonra kamerasına göndərilib.