Ukrayna “humanitar yardımı” buraxmayacağını açıqladı
Bizi izləyin

Dünya

Ukrayna “humanitar yardımı” buraxmayacağını açıqladı

Ukrayna Xarkov vilayəti üzərindən Rusiya Federasiyasının humanitar yardımını buraxmayacaq.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə sosial şəbəkədəki səhifəsində Ukrayna daxili işlər naziri Arsen Avakov bildirib.

“Putinin “heç bir “humanitar yardımı” Xarkov vilayətinin ərazisi ilə buraxılmayacaq. Ukrayna ərazisində təcavüzkarın abırsız provokasiyası mümkün deyil”, - deyə Ukrayna Daxili İşlər Nazirliyinin başçısı yazıb.

Nazir əlavə edib ki, onun yazdıqları Kiyevin rəsmi mövqeyidir.

Qeyd edək ki, dünən səhər saatlarından 200-ə yaxın yük maşını Ukrayna sərhədinə çatıb. Rəsmi Kiyev isə bir neçə gündür həyəcan təbili çalır ki, Rusiyanın niyyəti humanitar yardım göstərmək deyil, bu gediş altında ölkənin şərqinə qoşun yeritmək, nəticədə də Donetsk və Luqansk vilayətlərinin ilhaqı prosesini başa çatdırmaqdır.

Ukrayna kəşfiyyat və təhlükəsizlik orqanları isə həmin yük maşınlarında zenit-raket komleksinin hissələrinin daşındığı iddiası ilə çıxış edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm