AKP-dən daha bir deputat istefa verdi
Bizi izləyin

Dünya

AKP-dən daha bir deputat istefa verdi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) partiyadan çıxarılmaq üçün İntizam komissiyasına verdiyi İstanbuldan olan millət vəkili Məhəmməd Çətin partiyasından istefa verib.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) partiyadan çıxarılmaq üçün İntizam komissiyasına verdiyi İstanbuldan olan millət vəkili Məhəmməd Çətin partiyasından istefa verib.

Türkiyə KİV-ləri xəbər verir ki, AKP-nin Mərkəzi İcra Aparatı onu partiyaya zərər verməkdə, partiya içində fitnə yaradan danışıqlar aparmaqda qınayırdı.

Məhəmməd Çətin isə bu gün təşkil etdiyi mətbuat konfransında istefa etdiyini açıqlayıb. Beləliklə, Çətinlə birlikdə 17 dekabr əməliyyatlarının ardından AKP-dən ayrılan millət vəkilinin sayı səkkizə çatıb.

Rüşvət və sui-istifadə əməliyyatlarının ardından partiyaya qarşı tənqidləri səbəbi ilə Kütahya millət vəkili İdris Bal partiyadan çıxarılması istənincə istefasını açıqlamışdı. Ardından keçmiş mədəniyyət və turizm naziri Ərtoğrul Günay ilə Ankara millət vəkili Haluk Özdalga və İzmir millət vəkili Ərdal Qalxan partiyadan ayrıldılar. Keçmiş daxili işləri naziri İdris Naim Şahin ilə İstanbul millət vəkili Hakan Şükür və Burdur millət vəkili Himayəçi İldırım isə haqlarında intizam əməliyyatı olmamasına qarşı baş nazir Rəcəb Tayyib Ərdoğanın yanaşmasına reaksiya verərək AKP-dən ayrılmışdılar.

Çətinin istefası ilə AKP-nin Türkiyə Böyük Millət Məclisindəki kürsü sayı 319-a düşüb. /moderin.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm