Ərdoğana yazılan məktub Sərkisyanı xəyanətkar etdi
Bizi izləyin

Dünya

Ərdoğana yazılan məktub Sərkisyanı xəyanətkar etdi

“Sərkisyanın Ərdoğana təbrik məktubunda “ikitərəfli əməkdaşlığın ilkin şərt olmadan baş tutması” haqda deyilənlər sadəlövhlükdür”.

Publika.az-ın erməni mediasına istinadən verdiyi xəbərə görə, bu sözləri eməni politoloq Qraçya Qalustyan prezident Serj Sərkisyanın Türkiyənin yeni seçilmiş prezidenti Rəcəp Tayyip Ərdoğana yazdığı təbrik məktubunu şərh edərkən deyib.

Onun sözlərinə görə, xüsusilə Türkiyənin hərbi və siyasi rəhbərliyinin son addımları fonunda Sərkisyanın bu addımı gülünc görünür: “Çünki cəbhədə yaralanan Azərbaycan əsgərləri Türkiyədə müalicə olunur və onları xarici işlər naziri Əhməd Davudoğlu, Avropa Birliyi naziri Mövlud Çavuşoğlu, eləcə də digər siyasilər ziyarət edib. Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin Ermənistana qarşı sözləri kifayət edərdi ki, Sərkisyan bu məktubu yazmasın. Amma Sərkisyan bunu etdi. Bundan başqa, Ərdoğanın NTV kanalına müsahibəsində “məni təhqir edirlər, məni erməni adlandırırlar” deməsi də Sərkisyanın necə səhv etdiyini göstərir”.

Politoloq qeyd edib ki, Sərkisyan artıq münasibətlərin biabırçı modelini yaradıb.

“Ermənistan prezidenti Sərkisyan dövlətin xeyrinə hansısa addımı bizi çox təəccübləndirir.Elə ki prezidentin xəyanətlərə son qoyduğunu düşünürük, elə həmin vaxt nəsə pis hadisələr baş verir!” - erməni politolioq dilə gətirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm