Dmitri Medvedev: “İstefa verirəm, bu hakimiyyətə görə üzr istəyirəm” – FOTO
Bizi izləyin

Dünya

Dmitri Medvedev: “İstefa verirəm, bu hakimiyyətə görə üzr istəyirəm” – FOTO

Sosial şəbəkələrdə istifadəçilərin şəxsi səhifələrinin hakerlər tərəfindən ələ keçirilməsi adi şeydir. Bundan heç kim sığortalanmayıb. Hətta tanınmış siyasətçilər də.

Bu yaxınlarda Rusiyanın baş naziri Dmitri Medvedevin “twitter”dəki hesabı ələ keçirilib. Hakerlər sadə rusların düşündüklərini baş nazirin səhifəsində onun öz dili ilə həkk ediblər.

Məsələn, yazıblar ki, “gərək elektrik enerjisini tam ləğv edək. Belə daha etibarlıdır”. Yaxud “istefa verirəm, bu hakimiyyətə görə üzr istəyirəm” sözləri.

Əlbəttə ki, baş nazirin şəxsi hesabı bərpa olunub. Lakin hakerlərin əlində olduğu 40 dəqiqə ərzində Medvedevin hesabındakı “məzələnməyə” baxış sayı rekord qırıb.

Baş nazirin parolunu qırmaqla bağlı məsuliyyəti “Şaltay-boltay” adlı haker öz üzərinə götürüb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm