Ukrayna tankları yüzlərlə separatçını əzib keçdi
Bizi izləyin

Dünya

Ukrayna tankları yüzlərlə separatçını əzib keçdi

Luqansk vilayətinin Popasnıy kəndi ətrafında ağır döyüşlər gedir. Separatçıların Ukrayna ordusunun mövqelərinə əks-hücum təşkil etmələri uğursuzluqla nəticələnib.

Publika.az xəbər verir ki, bu haqda “Donbas” batalyonunun döyüşçüsü Yevgeni Şevçenko öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, separatçıların təxminən 600 nəfərlik böyük bir qrupu Pervomaysk istiqamətindən əks-hücuma keçməyə cəhd edib. Lakin Popasnıy kəndi yaxınlığında tələyə düşərək Ukrayna ordusunun zirehli maşınlardan ibarət cərgəsi ilə qarşılaşıb.

Ukraynalılar tanklarla atəş açaraq düşmənin piyada qüvvələrini əziblər. Separatçılar yüzlərlə itki verərək geri çəkiliblər.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm