Ermənilər gürcülərə qarşı çıxdı (FOTO)
Bizi izləyin

Dünya

Ermənilər gürcülərə qarşı çıxdı (FOTO)

Axalkalaki şəhərində yerləşən gürcü hərbi bazasının yerləşdirilməsi Gürcüstanın daxili problemlərinin həllinə hesablanıb, hərçənd adətən ordu xarici problemləri həll edir.

ANS PRESS-in məlumatına görə, bu haqda Ermənistan mətbuatına Gürcüstanda qeyd olunmamış "Virk" partiyasının başçısı David Rstakyan bildirib.

Onun sözlərinə görə, djavax ermənilərinin Gürcüstan hakimiyyətiylə problemləri var: "Gürcülərin keçmiş Rusiya hərbi bazasını əvəz etməsi təhlükəlidir, bir halda ki, bizim bu gün məhz Gürcüstan hakimiyyətiylə problemlərimiz var. Gələcək hərbi baza djavax ermənilərinin işlərinə qarışa bilər. Mən daha onda bildirmişdim ki, Axalkalaki şəhərində gürcü hərbi bazasının yerləşdirilməsi yanlışdır", - deyə David Rstakyan vurğulayıb.

Qeyd edək kİ, ordu gələcəkdə Samçxe-Djavaxetiya regionunda yerləşdiriləcək. David Rstakyanın fikrincə, bu, djavax ermənilərinin hüquqları nöqteyi-nəzərindən neqativ təsir göstərəcək: "Bu gün Gürcüstanın Türkiyəylə parlaq münasibətləri var, erməni-gürcü münasibətləri dost səviyyəsindədir. Sual yaranır: bu iki dövlətlə qonşuluqda ordunun yerləşdirilməsinin mənası nədir?", - deyə o qeyd edib.

Xatırladaq ki, əsasən ermənilərin yaşadığı Gürcüstanın Samsxe-Djavaxetiya regionunda, Axalkalaki şəhərində bir vaxtlar 62-ci Rusiya hərbi bazası yerləşib. İndi orda yeni hərbi baza tikilir. Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və ölkənin Silahlı qüvvələrinin Baş qərargahının başçısı general-mayor Vaxtanq Kapanadze binanın təməlqoyma mərasimində iştirak edib. Tikinti işləri 2019-cu ilə qurtaracaq".

Hərbi baza nazirliyin məlumatına görə, ən yüksək standartlar üzrə təchiz ediləcək, Gürcüstanın Silahlı qüvvələrinin yeni əsgərləri ilk hərbi hazırlığı burada keçəcək, sonra müxtəlif bölmələrə yenidən paylaşdırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm