Dünyanın yeni kabusu sürətlə yayılır: 1145 ölü
Bizi izləyin

Dünya

Dünyanın yeni kabusu sürətlə yayılır: 1145 ölü

Qərbi Afrikada yayılan ebola epidemiyasında ölənlərin 1145-ə çatıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Dünya Səhiyyə Təşkilatı bildirib.

Virus Sierra Leone, Nigeriya, Qvineya və Liberiyada geniş yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 13 avqust tarixinə qədər Liberiyada 413, Qvineyada 380, Sierra Leonede 348, Nigeriyada isə 4 nəfər həyatını itirib.

Hər hansı bir müalicə üsulu və peyvəndi olmayan ebola xəstəliyinə tutulanların ölüm riski çox yüksəkdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm