Rusiya özünün keçirdiyi tank yarışmasının qalibi oldu
Bizi izləyin

Dünya

Rusiya özünün keçirdiyi tank yarışmasının qalibi oldu

Rusiyada ilk dəfə təşkil olunan beynəlxalq tank yarışmasında Rusiya birinci olub.

Axar.az xəbər verir ki, Moskvanın Alabino poliqonunda 4 avqustda başlayan tank yarışması bu gün sona çatıb. Qiymətləndirmə nəticəsinə görə, Rusiya birinci, Ermənistan isə ikinci yerdə qərarlaşıb. Çin və Qazaxıstan isə üçüncü və dördüncü yerləri bölüşdürüb.

Qaliblərə medalı Rusiyanın Müdafiə naziri Sergey Şoyqu təqdim edib.

Yarışmaya Rusiya, Anqola, Ermənistan, Belarusiya, Venesuela, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Küveyt, Monqolustan və Serbiya qatılıb. Yarışa dəvət olunan NATO üzvü ölkələri isə yarışdan imtina edərək, yalnız müşahidəçi göndərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm