Gülün xanımı iki jurnalisti sərt tənqid etdi – VİDEO
Bizi izləyin

Dünya

Gülün xanımı iki jurnalisti sərt tənqid etdi – VİDEO

Prezident Abdullah Gülün xanımı Hayrunnisa Gül dünən axşam təşkil olunan tədbirdə iki jurnalistə sərt reaksiya göstərib.

Publika.az xəbər verir ki, Abdullah Gül prezidentlik müddətinin bitməsindən dolayı köşkdə təşkil olunan vida tədbirinə Hayrunnisa Gülün sözləri və iki jurnalistə reaksiyası damğa vurub.

Sitəm edərcəsinə danışan xanım Gül “Bu müddət ərzində nələr yazdığınızı gördük, nələr dediyinizi eşitdik. Abdullah bəy mən üzülməyim deyə interneti bağlayır. Mətbuat orqanlarından uzaq saxlamağa çalışırdı məni. Ancaq mən hər şeyi bilirəm. Abdulah bəy kübarlığından demir. Ancaq ona qarşı çox səhvlər, çox hörmətsizliklər edildi” deyib.

Xanım Gül “Yeni Şəfəq” qəzetinin yazarı Abdulqədir Səlviyə “Səndən çox incimişəm” deyərək onun əlini sıxmayıb. Hayrunnisə Gül həyat yoldaşı ilə foto çəkdirən jurnalistlər arasında olan “ATV” kanalının nümayəndəsi Məhmət Akarcanı da tənqid edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm