Rusiyanın humanitar yükləri Ukraynaya buraxılmır – İki səbəb
Bizi izləyin

Dünya

Rusiyanın humanitar yükləri Ukraynaya buraxılmır – İki səbəb

Rusiyanın humanitar karvanı indiyə qədər bu ölkənin ərazisindədir. Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lısenko bildirib.

O, Kiyevdə keçirdiyi brifinqdə bildirib ki, humanitar yüklərin indiyə kimi Rostov vilayətində qalmasının iki səbəbi var: “Birincisi, Ukrayna sərhəd və gömrük xidmətləri yüklərin rəsmiləşdirilməsi və buraxılışına icazənin verilməsi üçün sənədləri almayıb. İkincisi, Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvləri humanitar karvanın hərəkətinin təhlükəsizliyi üçün zəmanət almayıb. Humanitar yüklər mütləq isə Luqansk vilayətinə getməlidir”.

Ukrayna hakimiyyəti, həmçinin qərb ölkələrinin liderləri humanitar yardım bəhanəsi ilə Rusiyanın müdaxiləsini istisna etmirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm