ABŞ-dan 84-cü zərbə: İŞİD Mosulda vuruldu
Bizi izləyin

Dünya

ABŞ-dan 84-cü zərbə: İŞİD Mosulda vuruldu

ABŞ hərbi hava qüvvələri İraqın şimalında Mosul bəndi yaxınlığında terrorçulara qarşı yeni əməliyyata başlayıb.

Axar.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığın verdiyi xəbərə görə, hava hücumları nəticəsində 3 ədəd “Hammer”, 3 ədəd uzaqdan idarə olunan partladıcı texnika və 2 ədəd silahlı avtomobil məhv edilib.

Mərkəzdən o da bildirilib ki, pilotsuz təyyarələrin reallaşdırdığı bu hücum sayca 84-cüdür.

ABŞ Hərbi Hava Qüvvələri avqustun 8-dən etibarən İraqın şimalında hərbi əməliyyatlara başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm