İzzəddin Qəssam batalyonundan İsrailə sərt xəbərdarlıq
Bizi izləyin

Dünya

İzzəddin Qəssam batalyonundan İsrailə sərt xəbərdarlıq

Qəzza zolağında dəhşətli cinayətlər törədilib.

Axar.az İran mətbuatına istinadən xəbər verir ki, Fələstin İslami Müqavimət Təşkilatı - Həmasın İzzəddin Qəssam batalyonlarının sözçüsü beynəlxalq hava limanı şirkətlərindən işğal olunmuş Fələstin istiqamətinə olan bütün uçuşların dayandırılmasını istəyib.

Livanın “Əl-Məyadin” telekanalının məlumatına görə, İzzəddin Qəssam batalyonlarının sözçüsü bəyanatında İsrail tərəfinin çərşənbə günü atəşkəsi pozduğunu və hava hücumları vasitəsilə Qəzza zolağında dəhşətli cinayətlər törətdiyini deyib.

Bunun ardınca batalyon sözçüsü İsrail rejiminə acı bir məğlubiyyət daddıracaqları barədə xəbərdarlıq edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm