Dünya
Türkiyənin Xarici İşlər naziri kim olacaq?
Ərdoğan tərəfindən AKP-nin sədri və baş nazirliyə namizəd elan olunan Əhməd Davudoğludan sonra boş qalan Xarici İşlər naziri postuna kimin gətiriləcəyi sualı altındadır. Lakin bu posta gələ biləcək yeganə namizədin Türkiyənin Avropa İttifaqı ilə əlaqələr naziri Mövlud Çavuşoğlu olduğu bildirilir.
Axar.az xəbər verir ki, bir müddət öncə Çavuşoğluya verilən suallar arasında onun namizədliyi də var idi. Lakin Çavuşoğlu məsələyə fərqli münasibətdə olduğunu bildirərək partiya siyasətinin daha önəmli olduğunu demişdi:
“Heç vaxt AKP nümayəndəsi olaraq vəzifə arxasıyca qaçan insan deyilik. Millətimizin xidmətində durmaq bizim üçün böyük şərəfdir. Bu səbəbdən də yeni kabinetdə cənab prezidentimiz kimi görmək istəyirsə, həmin şəxslər olacaq. Onda kimin hansı vəzifəyə təyin olunacağını biləcəyik”.
Lakin ekspertlər Çavuşoğlunun bu posta gələcəyini tam real hesab edir. İlk növbədə Çavuşoğlu Türkiyənin Avropada tanınan simasıdır. İkinci tərəfdən, Çavuşoğlunun bu posta gətirilməsi Türkiyənin Avropa Birliyinə inteqrasiyası məsələsini gündəmdə saxlayacaq. Eyni zamanda, AŞPA-nın keçmiş sədri olan Çavuşoğlunun xarici siyasət idarəsinin başına keçməsi Türkiyənin Avropa ölkələri ilə əlaqələrinin genişlənməsinə ciddi təsir göstərə bilər.
Xatırladaq ki, Mövlüd Çavuşoğlu Azərbaycanda dəfələrlə olub və ölkəmizlə əlaqələrə yüksək önəm verən siyasətçilərdən biridir.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi