İki nəfər “Ebola” virusundan tam müalicə olundu – dərman tapıldı!!!
Bizi izləyin

Dünya

İki nəfər “Ebola” virusundan tam müalicə olundu – dərman tapıldı!!!

ABŞ “Ebola” virusuna yoluxmuş 2 nəfəri müalicə edə bildi. Liberiada bu virusa yoluxanları müalicə edərkən özləri də yoluxmuş həkim və tibb bacısı Corciya ştatındakı xəstəxanadan evə buraxılıb.

Bu barədə xəbər yayan “Associated Press” bildirir ki, müalicəni həyata keçirmiş həkimlər deyiblər ki, xəstələr bu təhlükəli virusdan tamamilə sağalıblar.

Tibb bacısı Nensi Raytbol və cərrah Kevin Brentli “Ebola” virusuna yoluxduqdan sonra xüsusi təyyarə ilə Amerikaya gətirildilər. Onlar intensiv müalicə kursu keçdilər. Atlanta Universitetinin Emoriysk xəstəxanasında müalicə uğurla başa çatıb.

Müalicə zamanı həkimlər sınaqdan keçməkdə olan “ZMapp” dərmanından istifadə ediblər. Bu dərman Kaliforniya ştatının dərman peraparatları hazırlayan şirkəti tərəfindən istehsal olunub.

Hazırda keçmiş xəstələrin sağlamlıq durumu yaxşıdır. Onların kimi isə yoluxdurmaq təhlükəsi də aradan qalxıb.

Beynəlxalq Səhiyyə Təşkilatının son məlumatına görə “Ebola” virusunun partlayış şəkilli epidemiyası Afrikanın qərbində 2.500 adamın yoluxmasına səbəb olub. Onlardan ən azı 1.300 nəfəri bu virusdan ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm