Britaniya kürdlərə Şərqi Avropa silahları verəcək
Bizi izləyin

Dünya

Britaniya kürdlərə Şərqi Avropa silahları verəcək

Böyük Britaniya İŞİD-lə vuruşan kürdlərə tezliklə silah-sursat çatdırmaq niyyətindədir. Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniya xarici işlər naziri Filipp Xemmond bildirib.
Britaniya xarici siyasət idarəsinin başçısı bildirib ki, ölkəsi kürdlərə Şərqi Avropa ölkələrinin istehsalı olan silahları çatdırmaq niyyətindədir. F.Xemmond bunu kürdlərin artıq həmin silahla tanış olması ilə izah edib.
Xatırladaq ki, bundan daha əvvəl ABŞ, Almaniya, Fransa və İspaniya kürdlərin silahlı qüvvələri olan peşmərgələrə silah yardımı edəcəklərini açıqlayıb.
Türkiyənin “Vatan” qəzeti isə isə bir neçə gün bundan əvvəl şok bir iddia ilə çıxış edib. İddiaya görə, ABŞ-ın peşmərgələrə verdiyi “M82” snayperlərin PKK terror təşkilatına verilməsi də gündəmdədir.
“M82” snayperlərin güllələri 1800 -2000 metr uçuş məsafəsinə malikdir. Silah yüngül zirehli texnikanı deşə biləcək gücdə hazırlanıb. “M82” snayperlərindən Türkiyə ordusunda da istifadə edilir. Silahların terror təşkilatı PKK-nın əlinə keçməsi isə Türkiyə üçün təhlükəsizlik baxımından böyük təhlükə kimi qiymətləndirilir.
Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm