Separatçılar Donetskdə əsirlərin paradını keçirdi - Foto/Video
Bizi izləyin

Dünya

Separatçılar Donetskdə əsirlərin paradını keçirdi - Foto/Video

Donetskdə separatçılar Ukraynanın Müstəqillik günü ilə bağlı keçirdiyi hərbi parada cavab olaraq, ələ keçirdikləri Ukrayna hərbi əsirlərini nümayiş etdiriblər.

Axar.az xəbər verir ki, separatçılar 50-yə yaxın hərbi əsiri şəhərin mərkəzi meydanından aparıblar.

“Parad”a yığışanlar əsirlərə yumurta atıblar.

Qondarma Donetsk Xalq Respublikasından bildiriblər ki, bu “parad” Böyük Vətən Müharibəsi zamanı Moskvada alman əsirlərinin nümayişi əsasında planlaşdırılıb.

Bundan başqa separatçılar hərbi əməliyyatlar zamanı virilmuş Ukrayna texnikasını da nümayiş etdiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm