Dünya
İtaliya 470 miqrantı xilas etdi
İtaliyanın sahil mühafizə xidməti Siciliya sularında
batmaq təhlükəsi ilə üzləşmiş 2 gəmidən 470 qanunsuz miqrantı xilas
edib.
Publika.az-ın məlumatına görə, Cənubi Afrikadan istiqamət alan
gəmiləri Liviya suları yaxınlığından hava patrulu həyata keçirən
italiya helikopterləri aşkarlayıb. Xilasemə əməliyyatına sahil
mühafizə xidmətinin 2 gəmisi cəlb olunub.
Gəmilərin birindən 8 meyit aşkarlanıb.
İtaliya ilə Liviya arasında su sərhədi nisbətən qısa olduğundan
Avropada iş və yüksək həyat standartı axtaran afrikalılar və
suriyalı qaçqınlar həyatlarını riskə ataraq, kütləvi şəkildə
təhlükəli dəniz yolçuluğuna çıxır. Nəticədə bunun ağırlığı İtaliya
və İspaniya kimi ölkələrin “çiyinlərinə” düşür.
İtaliyanın baş naziri Ancelion Alfano artıq miqrant axını ilə bağlı
dəfələrlə Avropa Birliyinə müraciət edib. Təkcə bu il İtaliya
torpağına 100 minə yaxın miqrant ayaq basıb. İtaliya hökümətinin
bildirdiyinə görə, ötən ilin oktyabr ayında Lampeza adası
yaxınlığında 360 miqrantın faciəvi şəkildə boğulmasından sonra,
ölkə büdcəsindən gücləndirilmiş dəniz patruluna hər ay 9.5 milyon
avroya yaxın vəsait ayrılır.
Qeyd edək ki, həftə sonu ərzində İtaliya sularından 3500-ə yaxın
insan təxliyyə olunub.
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?