Daha yeddi ölkə kürdlərə silah göndərəcək
Bizi izləyin

Dünya

Daha yeddi ölkə kürdlərə silah göndərəcək

İŞİD terror təşkilatına qarşı vuruşan kürdlərə daha yeddi ölkə silah göndərəcək.

Publika.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Çak Hegel bildirib.

O, kürdlərin silahlı qüvvələri olan peşmərgəyə Albaniya, Kanada, Xorvatiya, Danimarka, İtaliya, Fransa və İngiltərənin silah göndərəcəyini açıqlayıb. ABŞ müdafiə naziri İraqın şimalındakı kürdlərə kömək məqsədi ilə iki həftə əvvəl ABŞ-ın sədrliyi altında komissiyanın yaradıldığını deyib.

Bundan əvvəl isə Almaniya kürdlərə silah yardımı edəcəyini bəyan edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm