Davudoğlu ilk səfərini hansı ölkəyə edəcək?
Bizi izləyin

Dünya

Davudoğlu ilk səfərini hansı ölkəyə edəcək?

Türkiyənin baş naziri Əhməd Davudoğlu yeni vəzifəsinin icrasına başladıqdan sonra ilk səfər edəcəyi yeri açıqlayıb.

ANS-in xəbərinə görə, bu barədə baş nazir və AKP-nin yeni sədri Əhməd Davudoğlu özü məlumat verib.

Partiyasının Konya təşkilatında keçirilən tədbirlə canlı telefon əlaqəsi yaradan Davudoğlu ilk səfərinin doğulduğu Konya şəhərinə və İslam mütəfəkkiri Mövlanə Cəlaləddin Ruminin məqbərəsinə olacağını deyib.

“İnşallah ən yaxın vaxtda Konyaya gələcəyəm. Yeni hökuməti formalaşdırdıqdan sonra təbii ki, ilk olaraq Mövlanənin məqbərəsini ziyarət edəcəyəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm