Çeçenistan müharibəsi veteranları iki kəndi ələ keçirdi – Video
Bizi izləyin

Dünya

Çeçenistan müharibəsi veteranları iki kəndi ələ keçirdi – Video

Ukraynanın “Aydar” könüllü batalyonu Luqansk vilayətinin Novosvetlovka və Xryaşevatoe kəndlərindən geri çəkilib.

Publika.az-ın verdiyi məlumata görə, bu barədə “Youtube” saytında yerləşdirilən videoda “Aydar” batalyonunun komandiri Sergey Melniçuk bildirib.

Batalyon komandiri geri çəkilməsinin səbəbini rəqibin bir neçə dəfə üstünlüyü ilə izah edib. “Orada Rusiya Federasiyasının ağır artilleriya və peşəkar kəşfiyyatı hərəkət edir. Onların əksəriyyəri Çeçenistan Respublikasında döyüşürdülər. Bu, ehtimal ki, seçmə tank hissələri və hava desant qoşunlarıdır”, - o, deyib.

Onun sözlərinə görə, düşmən qoşunları kəşfiyyat peykləri və pilotsuz təyyarələrdən ciddi dəstək alır. Batalyon komandiri hər artilleriya zərbəsinin hədəfə dəqiq dəydiyini bildirib.

S.Melniçuk Novosvetlovka və Xryaşevatoe kəndlərinin tamamilə dağıdıldığını ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm