Timoşenkonun partiyasının parçalanma səbəbi açıqlandı
Bizi izləyin

Dünya

Timoşenkonun partiyasının parçalanma səbəbi açıqlandı

Ukraynanın sabiq Baş naziri Yuliya Timoşenkonun sədri olduğu Batkivşina partiyasındakı parçalanmaların səbəblərinə aydınlıq gətirilib.

Axar.az-ın Ukrayna mediasına istinadən xəbərinə görə, ölkənin hazırkı Baş naziri və sözgedən partiyanın öncül simalarından olan Arseni Yaçenyuk qarşıdan gələn növbədənkənar parlament seçkilərində Timoşenkonun Batkivşina partiyasının seçki siyahısına rəhbərlik etməsinə qarşı çıxıb. Bu barədə açıqlama verən təşkilat rəhbərinin müavini Andrey Kojemyakin bildirib ki, parçalanma və təşkilatın öncül simalarının Batkivşinanı tərk etmələri partiyanın avqustun 21-də keçirilən iclasından sonra meydana gəlib.

Xatırladaq ki, hazırda Ukrayna iqtidarında təmsil olunan əksər nazir və qurum rəhbərləri Batkivşina sıralarını tərk etdiklərini açıqlayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm