Kiyevdə saxlanılan rus diplomatları buraxıldı
Bizi izləyin

Dünya

Kiyevdə saxlanılan rus diplomatları buraxıldı

Rusiyanın Ukraynadakı səfirliyinin mühafizə xidmətinin Kiyevdə saxlanılmış əməkdaşları azadlığa buraxılıblar.

Axar.az rus mediasına istinadən bildirir ki, diplomaik missiyanın işçiləri Rusiyaya qayıdıblar.

Xatırladaq ki, onların saxlanması haqqında 29 avqustda məlumat yayılmışdı. Rusiya XİN bildirmişdi ki, səfirliyin mühafizə xidmətinin əməkdaları gündüz kafedən çıxarkən saxlanıblar. Ukrayna hökuməti onları qranat saxlamaqda şübhəli bilib. Sonra məlum olub ki, saxlanılanlar diplomatik pasport təqdim etsələr də UTX-yə gətiriliblər.

Qeyd edək ki, 30 avqustda Kiyevdəki Rusiya səfirliyi daha iki əməkdaşının yoxa çıxması haqqında xəbər yayıb. Səfirliyin üçüncü katibi Anndrey Qolovanov və attaşe Mixail Şorin Kiyev DİN rus diplomatlarının saxlanması faktını təkzib edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm