Məktəbə görə ana qızı ilə eyvandan tullandı – FOTOLAR
Bizi izləyin

Dünya

Məktəbə görə ana qızı ilə eyvandan tullandı – FOTOLAR

Moskva şəhərində bilik günü bədbəxt hadisə baş verib.

Sentyabr ayının ilk günü Natalya adlı qadın birinci sinif şagirdi olan qızı ilə binanın 14-cü mərtəbəsindən özünü atıb. Onların hər ikisi həlak olub. Ananın özünü və qızını öldürməsinə səbəb isə qızının məktəbə getməməsi olub.

Qızın qonşusu Tamara deyib: “Biz onun nənəsi ilə tez-tez əlaqə saxlayırdıq. Ailəsi məktəbə hazırlaşaraq qıza yeni forma və güllər almışdı. Məktəbli qızın anası xəstəxanadan yenicə buraxılıb. Natalya qızı ilə həmişə gəzişərdi, lakin ona bir çox şeydə qadağalar qoyardı. Natalyada qızının məktəbə getməsi ilə bağlı maniya vardı”.

Qonşunun sözlərinə görə, ana əvvəlcə uşağa hədiyyə verilmiş kompüteri və nənəsi tərəfindən verilmiş planşeti eyvandan tullayıb. Bundan əlavə, qadın tez-tez qızının məktəbə getməyəcəyini təkrar edirmiş.

Məlum olduğu kimi, Natalya keçən il psixiatrik xəstəxanada müalicə alıb. Həkimlər onun paranoid şizofreniya xəstəliyindən əziyyət çəkdiyini deyiblər. Qadının fikrincə, onu və qızını daima kimsə izləyirmiş.

Qızını və özünü öldürməzdən əvvəl qadın bu hərəkətini izah edən məktub yazıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm