"Rusiya tarixən işğalçıdır"
Bizi izləyin

Dünya

"Rusiya tarixən işğalçıdır"

“Ədalət və qanun“ partiyasının sədri Yaroslav Kaçinski Rusiyanın ünvanına sərt ifadələr işlədərək, bu ölkənin tarixən işğalçı bir dövlət olduğunu dilə gətirib.

Axar.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, o bu barədə Polşanın “Super Ekspres” qəzetinə açıqlamasında deyib. Ukrayna gərginliyi və Avropada cərəyan edən son hadisələrə toxunan Kaçinski baş verənlərlə bağlı narahatlığını gizlətməyib:

“Məni təkcə Kiyevin deyil, Varşava və Berlinin də taleyi narahat edir. Fikrimcə, NATO-nun hazırkı sərhədləri Rusiya prezidentinin işğalçı niyyətinin qarşısının alınmasına zəmanət verə bilməz. Ukrayna hadisələrinə olduqca narahatam və hesab edirəm ki, problemin həlli üçün ABŞ daha geniş səy göstərməlidir. Tusk (Polşanın keçmiş Baş nazirini nəzərdə tutur – red.) özündə kişilik tapıb Angela Merkel və Fransua Ollanda ABŞ-ın Avropadan sıxışdırılmasına son qoymağa çağırmalıdır”.

Xatırladaq ki, Yaroslav Kaçinski təyyarə qəzasında dünyasını dəyişən Polşa prezidenti Lex Kaçinskinin qardaşıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm