• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ankarada oğru-polis toqquşması: 3 polis yaralandı

  • Dünya
  • 6 Sentyabr 2014 11:46
  • 745 Baxış
Ankarada oğru-polis toqquşması: 3 polis yaralandı

Paytaxtda baş verən oğru-polis toqquşmasında girdikləri evdən oğurladıqları iki ədəd silahla atəş açan üç oğru üç polis məmurunu yaralayıb.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, əldə edilən məlumata görə, Ankaranın Altındağ rayonundakı Örnək məhəlləsində bir evə girən üç oğru həmin vaxt evdə yatan ev sahibi ilə əlbəyaxaya çıxıb.

Ev yiyəsinin iki sənədli silahını ələ keçirən oğrular hadisə yerinə gələn polis məmurlarına atəş açmağa başlayıblar. Nəticədə üç polis nəfəri çiynindən və qarnından silahla vurularaq yaralanıb.

Yaralı polislər hadisə yerinə gələn ambulanslarla xəstəxanaya çatdırılıb.

Çiynindən və qarnından yaralanan polislərin həyati təhlükəsinin davam etdiyi bildirilib.

Hadisə yerinə çoxlu sayda polis cəlb edilib. Yaxalanan oğrulardan birinin uşaq yaşlarında olduğu müəyyən edilib. Şəxsiyyətləri təsdiq edilən və bundan əvvəl iki dəfə həbsdə olan digər iki oğrunun isə axtarışları davam edir.

Qeyd edək ki, oğrular evə eyvandan girib, 2 mobil telefon, 90 lirə (təxminən 30 manat – red.) məbləğində pul və iki ədəd sənədli silah oğurladıqları bildirilib.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR