Müharibə elan edə bilərik
Bizi izləyin

Dünya

Müharibə elan edə bilərik

Ukraynanın baş naziri Arseniy Yasenyuk, Rusiyanın cümə günü Minskdə imzalanan atəşkəs razılaşmasını pozması halında Ukraynanın döyüş vəziyyətini elan etmək məcburiyyətində qala biləcəyini bildirib.

ANS PRESS-in məlumatına görə, Yasenyuk televiziya kanalına verdiyi müsahibədə Ukraynanın döyüş istəmədiyini vurğulayaraq, keçən həftə imzalanan və Qərb ölkələri tərəfindən dəstəklənən atəşkəsin də bundan əvvəlki atəşkəs kimi olacağı təqdirdə Ukraynanın müharibə elan etməkdən başqa çarəsi qalmayacağını bildirib.

Baş nazir Yasenyuk döyüş elan olunmasının hazırkı vəziyyətdə həm mənfi, həm də müsbət cəhətləri olduğunu bildirib.

"Müharibə elan etməyin əsas üstünlüklərindən biri budur ki, ölkədə bütün sektorlar döyüş səbəbiylə işlək vəziyyətə gətirilir. Yəni bu müharibədir. Onsuz da bizdə müharibə davam edir. Bəli elan edilməmiş, amma müharibədir".

Digər tərəfdən Yasenyuk müharibə elanının böhranın diplomatik həlli yolunu bağlayacağını və bu vəziyyətdə belə bir qərarın qərb ölkələri tərəfindən dəstəklənməyəcəyini əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm