Suriya qiyamında sözünün ağası olanlar – Azərbaycanlı jurnalist yazır
Bizi izləyin

Dünya

Suriya qiyamında sözünün ağası olanlar – Azərbaycanlı jurnalist yazır

Publika.az Timetürk yazarı Furkan Azərinin yazısını təqdim edir.

Onu Babul-havada (Suriyanın Türkiyə ilə sərhəd məntəqəsi – red.) görəndə öz-özümə “o boyda Əhraruş Şam (Suriyada Əsəd rejiminə qarşı döyüşən silahlı qruplaşmalardan biri – red) budurmu" demişdim. O qədər sadə, kasıb və məsum görkəmi var idi ki, adam üzünə baxmağa utanırdı. Məlum idi ki, qətlə yetirilən minlərlə suriyalının acısı ürəyinə çöküb.

Məlumatınız var ki, Suriya qiyamı başladığı ilk gündən etibarən bir qruplaşma və onun lideri kifayət qədər diqqət cəlb etmişdi və haqqında çox danışılmışdı.

Yaşı da çox deyildi. 35-40 olardı. Bütün həyatı əzab-əziyyətlərlə keçmiş, Suriya qiyamından əvvəl uzun müddət rejim həbsxanasında qalmış və bu zalım rejimin ən qəddar zülmlərini iliklərinə qədər yaşamışdı.

Həmalı (Suriyanın bir şəhəri – red) olduğu deyilirdi. Buna görə də onu Əbu Abdullah Həmavi (əsl adı Həsən Əbbuddur - red) çağırırdılar. Həmin o Suriyadan, 30 ildir ki, sünni xalqının soyqırıma uğradığı, öldürüldüyü və illərlə həbsxanalarda çürüdüldüyü o mübarək şəhərdən idi.

Mübarək Şam torpaqlarında başlayan qiyama da o və dostları başçılıq etdi. İlk dəfə yaradılan islami hərəkat da onun liderliyinin sayəsində baş verdi. Adı da Əhraruş Şam idi, yəni “Şamın qurtuluşu” deyib, ümmətə ümid olmuşdular.

Çox çətinliklə qurulan Əhraruş Şam hərəkatı qısa müddət ərzində kütlə arasında geniş yayılmış və Suriya xalqının rəğbətini qazanmağı bacarmışdı.

Onu Babul-havada (Suriyanın Türkiyə ilə sərhəd məntəqəsi – red.) görəndə öz-özümə “o boyda Əhraruş Şam (Suriyada Əsəd rejiminə qarşı döyüşən silahlı qruplaşmalardan biri – red) budurmu" demişdim. O qədər sadə, kasıb və məsum görkəmi var idi ki, adam üzünə baxmağa utanırdı. Məlum idi ki, qətlə yetirilən minlərlə suriyalının acısı ürəyinə çöküb.

Əbu Abdullah Həmavinin yaralandığı, ən qəddar zülmlərə məruz qaldığı vaxtlar oldu. Amma o, həmişə ümmətin ön cəbhəsində oldu. Danışan və müsahibə verən zaman Avropa və hətta islam dünyası da təəccübləndi...

Dərin islami bilgiyə malik idi.

Həmişə “Əhli-Şam” (Suriya xalqı – red.) deyirdi. Heç vaxtı öz maraqlarını deyil, daim Suriya xalqının mənfəətini güdürdü.

Daima Suriya daxilində və xaricində elm və din adamları ilə müzakirələr aparırdı.

Suriya daxilində və xaricində hamı onu sevirdi. Onun Suriya xalqına, Suriya xalqının da ona böyük məhəbbəti vardı.

Hələ o vaxtlar yeni başlayan vətəndaş qırğını zamanı “Bizi fitnəyə çəkmək istəyirlər. Amma biz əsla əlimizi müsəlman qanına batırmayacağıq” demişdi.

Bir dəfə onlara qəddarcasına hücum edənlərin ailələrinə sahib çıxıb, onları mühafizə edərək təhlükəsiz bir bölgəyə getmələrini təmin etmişdi.

Bəzən ağ vərəqə hər şeyi yaza bilmirsən. Bəzən sözlərin aciz qaldığı anlar olur. Bir neçə saat əvvəl xaincəsinə, satqıncasına şəhid edilən Əbu Abdullah Həmavi də belə biri idi.

Publika.az-dan: Əhraruş Şamın başçısı, İslami Cəbhənin siyasi lideri Həsən Əbbud (Əbu Abdullah Həmavi) bombalı hücum nəticəsində öldürülüb. Hücumda Əhrarın bütün beyin mərkəzi də məhv edilib.

Tibbi ekspertizanın rəyinə əsasən, Əhraruş Şam liderlərinin kimyəvi silahla hücum nəticəsində boğularaq öldüyü deyilir. Hücum olan bölgədə qan izi yoxdur.

Amma Əhraruş Şam açıqlamasında partlayışın səbəbinin hələ bəlli olmadığı deyilir.

Xatırladaq ki, keçən həftə İslami Cəbhə və Əhraruş Şam ABŞ səfiri ilə görüşmək təklifini rədd edib.

Tərcümə: Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm