Ukrayna Rusiyaya qarşı “divar” tikir
Bizi izləyin

Dünya

Ukrayna Rusiyaya qarşı “divar” tikir

Ukrayna 2015-ci ilin sonuna kimi Rusiya ilə sərhəddə “divar” inşa etməyi planlaşdırır.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milii Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenko Kiyevdə keçirdiyi brifinqdə bildirib.

“Ukrayna prezidenti Dövlət Sərhəd Xidmətinə Ukrayna-Rusiya dövlət sərhədi və Krımla inzibati sərhədin mühafizəsinin qurulması üzrə Tədbirlər planının icrası barədə göstəriş verib”, - A.Lısenko qeyd edib.

O, planın reallaşdırılması 2014-2015-ci illərdə davam edəcək. A.Lısenko planın 5 sentyabrda Nazirlər Kabinetinin qərarı ilə təsdiq edildiyini və 10 sentyabrda hökumətin genişləndirilmiş iclasında baxıldığını xatırladıb.

Planın icrası iki mərhələyə həyata keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm