Suriyadan ölüm xəbəri gələn azərbaycanlı dünya çempionu sağ imiş - (Yenilənib, Video)
Bizi izləyin

Dünya

Suriyadan ölüm xəbəri gələn azərbaycanlı dünya çempionu sağ imiş - (Yenilənib, Video)

Bəxtiyar Arzumanovun Suriyada öldürülməsi barədə mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlar doğru deyil".

Bunu virtualaz.org saytına açıqlamasında Suriyadakı döyüşlərdə həlak olması xəbəri yayılan pankration üzrə Azərbaycan və dünya çempionu, MMA və M1 üzrə universal döyüşçü Bəxtiyar Arzumanovun yaxınları deyiblər.

Çempionun yaxınları bildiriblər ki, Suriyadakı vəhhabilərin yaydığı videogörüntülərdə başqa adamın meyiti nümayiş etdirilir.

"Meyiti nümayiş etdirilən həmin şəxs də Qusar rayonundandır. Amma bu, Bəxtiyar Arzumanov deyil. Onu Bəxtiyarla səhv salırlar. Bəxtiyar Suriyadan qayıdıb və Rusiyaya gedib. O, sağdır" - deyə çempionun yaxınları bildiriblər.

20:19

Pankration üzrə Azərbaycan və dünya çempionu, MMA və M1 üzrə universal döyüşçü Bəxtiyar Arzumanovun

Suriyadakı döyüşlərdə həlak olmağı haqda xəbər yayılıb.

Məlumatda Bəxtiyar Arzumanovun Suriya ordusuna qarşı döyüşən terror qruplaşmanın tərkibində döyüşdüyü deyilir. Amma onun Suriyaya nə vaxt getdiyi açıqlanmır.

Dağıstandakı mənbələr Youtube-da da bu haqda məlumat paylaşıblar.

Bəxtiyar Arzumanov 1984-cü ildə Qusar rayonunda anadan olub. Milliyətcə ləzgidir. 1998-ci ildə əlbəyaxa və sambo üzrə çempionu olub. 17 yaşında sambo üzrə idman ustası olub. Professional rinqdə keçirdiyi 8 döyüşdən 6-da qələbə, 2-də isə məğlub olmuşdu./modern.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm