Ukraynada 73 əsir mübadilə edildi
Bizi izləyin

Dünya

Ukraynada 73 əsir mübadilə edildi

"Bizi mühasirəyə almışdılar. Təslim olmaq məcburiyyətində qaldıq. Bizə dedilər ki, təslim olun, yoxsa yarım saat ərzində burada hər şeyi məhv edərik. Biz də təslim olmağa məcbur olduq".

Bu fikirləri əsirlərin mübadiləsi zamanı separatçılar tərəfindən hökumətə təhvil verilən ukraynalı əsgərlərdən biri səsləndirib.

Publika.az-ın “Associated Press”ə istinadən məlumatına görə, Ukrayna ordusu ilə Rusiyayönümlü qüvvələr arasında məhbus mübadiləsi dünən də davam edib. Belə ki, ötən gün Donetsk yaxınlığında ölkənin şərqində gedən döyüşlərdə hər iki tərəfdən girov götürülmüş daha 73 nəfərin mübadiləsi baş tutub.

Mübadilə prosesində ATƏT müşahidəçiləri də iştirak ediblər. Xatırladaq ki, bir neçə gün əvvəl də ATƏT nümayəndələrinin iştirakı ilə 31 nəfər girov və məhbusun mübadiləsi baş tutmuşdu. Mübadilə prosesi sentyabrın 5-də qüvvəyə minmiş atəşkəs razılaşması çərçivəsində həyata keçirilir.

BMT-nin hesablamalarına görə, Ukraynanın şərqində aprelin ortalarından davam edən silahlı münaqişə 3000-dən çox adamın həyatına son qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm