Obamadan sərt cavab: “Bu, İŞİD-i vurmaqdan daha asandır”
Bizi izləyin

Dünya

Obamadan sərt cavab: “Bu, İŞİD-i vurmaqdan daha asandır”

ABŞ prezidenti Barak Obama “icazə almayan ABŞ təyyarələrini vurarıq” deyən Suriya dövlət başçısı Bəşər Əsədin məsləhətçisinə cavab verib.

Publika.az-ın “New York Times” qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Suriya ordusunu vurmağın İŞİD-i vurmaqdan daha asan olduğunu bildirib.

“Əgər Əsəd rəhbərliyi Suriya hava məkanına daxil olan ABŞ təyyarələrini vurması üçün orduya əmr versə, biz də Suriya hava hücumundan müdafiə sistemini yox edərik. Bu, bizim üçün İŞİD-i vurmaqdan daha asan olar”, - Obama deyib.

Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsədin məsləhətçisi Besine Şaban Suriyada İŞİD terror təşkilatına qarşı hava hücumunun rəsmi Dəməşqin icazəsi olmadan həyata keçiriləcəyi halda ABŞ hərbi təyyarələrinin vurulacağını söyləyib.

Dəməşq ABŞ-ın İŞİD-i vurmaq bəhanəsi ilə Suriyaya girmək istədiyini iddia edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm