Pakistanda antiterror əməliyyatı: 15 ölü
Bizi izləyin

Dünya

Pakistanda antiterror əməliyyatı: 15 ölü

Pakistanda Talibana qarşı davam edən əməliyyatlarda daha 15 terrorçu öldürülüb. Ordunun mətbuat xidmətindən bununla bağlı verilən açıqlamada talibançılara qarşı son əməliyyatın Şimal Vəziristanın Tabai bölgəsində keçirildiyi bildirilib.

Publika.az-ın “TRT Haber”ə istinadən məlumatına görə, Talibana aid olduğu təsbit edilən nöqtələr hərbi vertolyotlarla hədəfə alınıb, talibançıların cəmləşdiyi sığınacaqlar hava zərbələri ilə dağıdılıb. Şimali Vəziristanda iyunun 15-dən başlayaraq gerçəkləşdirilən antiterror əməliyyatlarında indiyə kimi 50-dən çox terrorçu məhv edilib.

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm