Dünya
“Bir adamı diri-diri basdırdım” – İŞİD-in türk üzvü
İŞİD-də bir müddət döyüşdükdən sonra peşman olub Türkiyəyə qayıdan Can adlı gənc baş verənləri “New York Times” qəzetinə danışıb.
Publika.az xəbər verir ki, ABŞ-ın “New York Times” qəzeti İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına ən böyük yaraqlı axınının Türkiyədən olduğunu iddia edib. Axırıncı dəfə Türkiyənin İŞİD-dən neft aldığı xəbərlərinə görə rəsmi Ankaranın sərt reaksiyası ilə qarşılaşan qəzet təşkilatın ən çox üzv yığdığı yerlərdən biri olan Ankaranın Hacıbayram məhəlləsində yaşayanlarlarla görüşüb.
Türkiyə dövlət dairələrinə istinadən İŞİD tərəfindən döyüşən Türkiyə vətəndaşlarının sayının min nəfər olduğunu qeyd edən qəzet daha bir şok məlumat verib. Qəzetin xəbərinə görə prezident R.T.Ərdoğan və baş nazir Əhməd Davudoğlunun bu yaxınlarda namaz qıldığı Hacı Bayram Vəli məscidindən bir neçə yüz metr uzaqlıqda yerləşən yeraltı məscidi İŞİD tərəfindən üzv yığmaq yeri olaraq istifadə edilir.
Qəzetin müsahibə aldığı keçmiş İŞİD üzvlərindən biri olan Can adlı gənc iki kişini vurduqdan, bir kütləvi qətliamda iştirak etdikdən və bir adamı diri-diri basdırdıqdan sonra təşkilata qəbul edildiyini deyib.
Quranı özlərinə görə şərh edirlər
Keçmişdə narkotikdən asılı birisi olan 27 yaşlı Can Suriyada əvvəllər trans vəziyyətində döyüşdüyünü, lakin vaxt keçdikcə təşkilatın zalımlıqlarını görməyə başladığını bildirib. Can “Quranı özlərinə görə şərh edirlər. Allah heç vaxtı müsəlmanlara müsəlmanları öldürməyi əmr etməyib” deyib.
Məktəb olmayan məhəllədə yeddi məscid var
30 ildir məhəllədə muxtar çalışan Arif Akbaş qəzetə verdiyi açıqlamasında hər şeyin saqqalı bir nəfərin məhəlləyə gəlməsi ilə başladığını və bütün narkotik asılılarının məscidə getməyə başladıqlarını qeyd edib. Məhəllə sakinlərindən olan Məhmət Arabaçı yenidənqurma işləri çərçivəsində bölgədəki yeganə məktəbi uçurtduqlarını, indi bu dəqiqə məktəbi olmayan məhəllənin yeddi məscidinin olduğunu bildirib. Məhəllədəki market sahiblərindən birinin qəzetə açıqlamasında isə İŞİD-in İslam haqqında fikirlərini dəstəklədiyini və uşaqları böyüyən zaman İŞİD-in Suriyadakı qalası olaraq tanınan Rakkaya göndərəcəyini deyib.
Vüsal Tağı
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA