Putin Qazaxıstanla hərbi müqaviləni təsdiqlədi
Bizi izləyin

Dünya

Putin Qazaxıstanla hərbi müqaviləni təsdiqlədi

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanla hərbi-texniki əməkdaşlığı nəzərdə tutan müqaviləni təsdiqləyib.

Axar.az Ria Novosti-yə istinadən xəbər verir ki, dövlət başçısı sənədin icrasına nəzarəti öz nümyəndəsi – Müdafiə nazirinin müavini Nikolay Pankova həvalə edib.

Qeyd edək ki, sənəd iki ölkə arasında hərbi sursatın təchizatının sadələşdirilməsini nəzərdə tutur. Silah satışına lisenziyası olmayan Rusiya şirkətlərinin bu müqavilə çərçivəsində iştirakına icazə verilməyəcək. Yəni, yeni şərtlər olduqca sərtdir.

Müqavilənin tələblərindən irəli gələn məqamlardan biri də hər iki ölkənin qarşılıqlı olaraq keyfiyyətli və daxili bazarları üçün nəzərdə tutduqları yüksək komplektasiyalı məhsullarla təminatıdır.

Xatırladaq ki, 1992-ci ildən etibarən Rusiya və Qazaxıstan arasında strateji əməkdaşlığı nəzərdə tutan bir neçə müqavilə imzalanınıb. Gömrük İttifaqı və Vahid İqtisadi Məkanda əməkdaşlığın daha da dərinləşdirilməsini özündə ehtiva edən 2013-cü il noyabr razılışması isə qonşu ölkər arasında münasibətlərə yeni dinamika gətirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm