Rusiyaya qarşı “mini NATO”nun imzaları atıldı
Bizi izləyin

Dünya

Rusiyaya qarşı “mini NATO”nun imzaları atıldı

Ukrayna, Litva və Polşa birgə hərbi briqadanın yaradılması haqqında razılaşmanı imzalayıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə müqavilənin imzalandığı Varşavada olan Ukraynanın müdafiə naziri Valeri Qeletey bildirib.

Birgə briqadaya Ukrayna Silahlı Qüvvələrinin 80-ci aeromobil briqadasının döyüşçüləri daxil ediləcək. Ukrayna, Litva və Polşa hərbçilərinin birgə hərbi əməliyyatlarda iştirak etmək üçün birgə təlimlərdə iştirak edəcəyi bildirilir.

Texniki sənədləşdirmə iki il ərzində hazırlanacaq. Bu müddətdən sonra briqada tam operativ vəziyyətdə olmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm