Bakını blokadadan müstəqilliyə aparan saziş-VİDEO
Bizi izləyin

Dünya

Bakını blokadadan müstəqilliyə aparan saziş-VİDEO

Altı illik Qarabağ savaşından sonra Azərbaycanın vəziyyəti xeyli ağır idi. Ölkə böhran içərisində qıvrılırdı. Üstəlik, iqtisadiyyat demək olar ki, məhv olmuşdu.

Azərbaycan həm iqtisadi, həm də siyasi blokada şəraitində idi. Rusiya şimaldan, İran isə cənubdan Bakını sıxmaqda davam edirdi. Dənizdə üstünlüyünün itirilməsi və qonşu dövlətlərin təzyiqləri Bakının sərbəst addım atmasını çətinləşdirirdi. Artıq bir zamanlar dünyaya səs salmış Bakı neftindən istifadə eləmək vaxtı çatmışdı.

Prezident Heydər Əliyevin sayəsində tezliklə Qərbin maraqları yeni yaranmış bu kiçik Qafqaz dövlətində cəmləşdi. Hədəf isə təkcə blokadadan çıxmaq və Qərbin nəzərlərini cəlb etmək deyil, Qafqazın lideri olmaq idi.

1994-cü il sentyabrın 20-si-də dünyanın ən güclü neft şirkətlərinin nümayəndələri bəlkə də ömürlərində adını eşitmədikləri məmləkətə toplaşırlar. Və qısa müddətdə Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" müqaviləsi imzalanır.

Daha ətraflı Axar TV-nin təqdim edəcəyi süjetdə

Qeyd edək ki, süjetin hazırlanmasında “Əsrin müqaviləsi” sənədli filmindən istifadə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm