Rusiyanın qaynayan qəzəbi və Qərbin səhvləri – TƏHLİL
Bizi izləyin

Dünya

Rusiyanın qaynayan qəzəbi və Qərbin səhvləri – TƏHLİL

Rusiya və Qərb arasında gizli formada olan qarşıdurma Ukrayna məsələsindən sonra açıq şəkildə özünü göstərdi. Bu hadisə gələcək üçün yaxşı heç nə vəd etmir. Bir halda ki, dünyanın ən çox nüvə silahı ehtiyatına malik Amerika və Rusiya üz-üzə gəlir. Qarşılıqlı etibar tamamilə pozulub, Vaşinqton və Moskva arasında əməkdaşlıqdan praktik olaraq heç nə qalmayıb.

Publika.az-ın verdiyi xəbərə görə, ABŞ-ın “The Atlantic” “ABŞ və Rusiyanın münasibətləri niyə belə gərgin və təhlükəli oldu?” yazısında Moskva və Vaşinqton arasında hazırkı münasibətlər, eləcə də münasibətlərin keçdiyi yoldan danışılır. Həmin yazını təqdim edirik.

Bu gün iki ölkə arasında qarşıdurma riskləri xüsusilə böyükdür. NATO gücləri Ukraynanın qərbində hərbi təlimlər keçir, Rusiya tərəfindən dəstəklənən separatçılar və Rusiya hərbi qulluqçuları ölkənin şərqində mövqeyini saxlayırlar. Sentyabrın 17-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada vəziyyətin kəskinləşdiyini, xarici hərbi qüvvələrin Rusiya sərhədlərində artdığını bildirdi. Nazir həmçinin “Stels” sistemləri ilə təchiz edilmiş altı sualtı gəmidən birincisinin Qara dəniz donanmasına daxil edildiyini deyib. Bu bəyanat “Bulava” qitələrarası ballistik raketin müvəffəqiyyətli sınağından cəmi bir neçə gün sonra verilmişdi. Uzaqmənzilli nüvə raketləri ABŞ ərazisindəki hədəfləri vura bilir. Müdafiə sisteminin yenilənməsinə isə 2020-ci ilə qədər 700 milyard dollar ayrılıb.

Ukraynanı yeganə potensial qaynar nöqtə adlandırmaq olmaz. Sentyabrın əvvəlində Rusiya Xarici İşlər Nazirliyi Balkanyanı ölkələrinin hüquqlarının müdafiəsi barədə bəyanat verdi və bu ölkələrdə neonasist əhvali-ruhiyyənin baş qaldırdığını bildirdi. O, xəbərdarlıq etdi ki, Rusiya rus dilinə və rus əhalinin hüquqlarına müdaxilə olunması ilə barışmayacaq.

Bundan bir neçə həftə əvvəl isə ABŞ prezidenti Barak Obama Estoniyanın paytaxtında vurğuladı ki, Tallin, Riqa və Vilnüsün müdafiəsi Berlin və Parisin müdafiəsi qədər əhəmiyyətlidir. Hazırda görünən odur ki, Qərb və Rusiyanın liderləri vəziyyəti çevirməyə hazır deyillər. Vəziyyətin indiki vəziyyətə gəlməsi böyük ölçüdə Qərb liderlərinin səhvinin nəticəsidir. İlk növbədə ABŞ Rusiyanın strateji əhəmiyyətini, nüvə arsenalı, ərazinin böyüklüyünü, təbii resursların həcmini və dünyanın bir çox bölgələrində aranı qarışdıra bilmək potensialını nəzərə almalı idi. ABŞ NATO-nun genişlənilməsi ilə bağlı Rusiyanın narahatlığını tanımaq istəmir, hərbi blok hətta onun qərb sərhədlərinə bitişik ərazilərindədir. Maraqlıdır, Qərb yarımkürəsinin işlərinə Rusiyanın müdaxiləsinə ABŞ necə reaksiya verərdi? Və bu hipotetik sual deyil. ABŞ prezidenti Con Kennedi 1962-ci ildə SSRİ-ni nüvə raketlərini Kubadan geri çəkməsi üçün dünyanı atom müharibəsinə yaxıbnlaşdırdı. Həmin qarşıdurmanın sonu razılaşma oldu və belə bir razılaşma bizə indi də lazımdır. Ancaq belə bir razılaşmanın imzalanması üçün Qərb liderləri Rusiya ilə bağlı öz siyasətinə baxışını təkrar gözdən keçirməlidir. Tarixi, mədəniyyət və coğrafi mövqeyə görə Rusiya nə Qərbdir, nə də Şərq. Onun öz tərzi var. Rusiyanın Krımın zəbt etməsi və Ukraynanın şərqindəki vəziyyətə görə Rusiyaya qarşı sanksiyalar tətbiq olunub. Ancaq bu rusiyalılar üçün boş qışqırıqlar olaraq qalacaq. Və əsassız da deyillər. Bolşevik inqilabı və ardınca baş verən vətəndaş müharibəsi, üç onillik ərzində Stalin represiyaları, İkinci Dünya Müharuibəsi, əhalinin kəskin yoxsullaşması, Qafqaz və Rusiyanın digər şəhərlərində terror aktları… Demək olar ki, Rusiyada üçün ən qorxunc şeylər artıq arxada qalıb.

Rusiyalılar əzablara öyrəşib, prezident Barak Obamanın “təcrid etmə” və “iqtisadi zərər" siyasəti Vladimir Putinin və onun mövqeyini yalnız möhkəmləndirir. Hər halda Rusiya artıq Qərblə münasibətlərin qırılmasına gedən yolda ilk addımlarını atıb. Enerji resurslarlarının çatdırılması ilə bağlı Çinlə böyük saziş imzalayıb, SWIFT sisteminin (elektron pul hesablamaları üzrə beynəlxalq sistem) milli alternativinin hazırlamasına başlayıb, Ümumdünya Bankın və Beynəlxalq Valyuta Fondunun təsirini tarazlaşdırmaq üçün maliyyə institutları yaradır. Bir sözlə, Moskvanı təhdidlərin köməyi ilə yolunu dəyişdirməyə məcbur etmək mümkün deyil.

Hazırda Rusiya ilə normal münasibətlər sabit dünyanın qurulması üçün tək şansdır. ABŞ və NATO söz verə bilər ki, Ukrayna bitərəfliyi saxlayacaq. Eyni zamanda Ukraynaya müxtəlif bloklara daxil olmağa icazə verən və baş nazir Arseniy Yasenyukun müəllifi olduğu qanun layihəsi geri çağıra bilər. Əgər Qərb liderləri bunu etsələr, hadisələrin inkişafının ən pis ssenarisindən qaçmaq mümkündür. Putin hər hansı başqa ölkədə Krım nailiyyətlərini təkrarlamağı istəyə bilər. Deyək, çoxsaylı rusdilli əhalinin yaşadığı Baltikyanı dövlətlərində. Hələ də anlaşılmaz olaraq qalır ki, bu Putinin planlarına daxildirmi?

ABŞ Ağ Evdə arxayın, təcrübəsiz liderlə qarşıdurma yoluna çıxdı. Çox güman ki, heç bir başqa administrasiya Rusiya ilə münasibətlərdə bu qədər səriştəsiz olmayıb. Biz Obama administrasiyasından cavab verməyi tələb etməliyik ki, bütün bunlar nə ilə bitəcək.

Bu böhran çox gec yetişirdi. Rusiyanın daha zəif olduğunu 1990-cı illərin ortaları idi. NATO liderləri centlmen razılaşmanı pozaraq Şərqə genişlənmək barədə planlarını elan etməyə qərar verdilər. Hansı ki, bu razılaşma Mixail Qorbaçov ilə ata Corc Buş arasında bağlanmışdı. Boris Yeltsin razılaşmanın pozulmasına qarşı kəskin etirazını bildirdi. Amma bu heç nəyi dəyişdirmədi. Genişlənmənin birinci raundu 1997-ci ildə oldu və Çexiya, Polşa və Macarıstan alyansa qəbul edildi. Daha sonrakı üç raundda digər Şərqi Avropa dövlətləri NATO-ya üzv oldu. Baxmayaraq ki, Ukrayna və Gürcüstanın ittifaqa üzvlük üçün etdikləri təşəbbüslər geri çevrildi. Hər halda NATO-nun liderləri onları da inandırdılar ki, yekunda bloka qəbul ediləcəklər.

Beləliklə, Rusiya və ABŞ arasında əməkdaşlıq münasibətləri Yeltsinin sözləri ilə desək bir neçə il belə davam etmədi. Münasibətlər sistemi onların qurulmasından cəmi bir neçə il sonra dağılmağa başladı. Belə bir proser tamamilə gözlənilən idi və bir çox ekspertlər qabaqcadan xəbərdarlıq etmişdilər. 1998-ci ildə Tomas Fridman “New York Times” qəzeti üçün analitik Corc Kennanadan müsahibə aldı. “Hesab edirəm ki, NATO-nun genişlənməsi yeni “soyuq müharibə”nin başlanğıcıdır. Düşünürəm ki, ruslar müəyyən bir zamandan sonra kifayət qədər mənfi reaksiya verəcəklər və bu onların siyasətinə əhəmiyyətli dərəcədə təsir edəcək. Mən bunu faciəli bir səhv hesab edirəm. Genişlənməyə heç bir ehtiyac yox idi. Bizi heç kəs hədələmirdi. Bu genişlənmə ölkəmizin banilərini öz qəbirlərində çevrilməyə məcbur edəcək. Biz bir sıra ölkələrə müdafiə və təhlükəsizlik zəmanəti verdik, baxmayaraq ki, bizdə bunun üçün nə resurs, nə də bunu etmək arzusu var”, - deyə amerikalı analitik illər öncə bugünkü hadisələrdən xəbər verirdi.

Kennanın sözlərinə görə, NATO-nun genişlənilməsi Rusiya və sovet tarixinin praktik olaraq başa düşülməməsinin nəticəsidir. Kennan həmçinin qabaqcadan xəbər verirdi ki, ittifaqın genişlənilməsi yeni “soyuq müharibə”yə gətirib çıxaracaq. O, “soyuq müharibə”nin isti müharibəyə keçəcəyini ehtimal edir.

Yeltsin hakimiyyəti dövründə rusiyalılar gördülər ki, Rusiyanın maraqlarına Qərbin etinasız münasibəti güclənir. Rusiya cəmiyyətdə belə bir fikir geniş yayılmışdı ki, Qərb və xüsusi olaraq ABŞ onların zəifliyindən istifadə edir, NATO vasitəsilə Rusiyaya təzyiq edir. Rusiya ilə slavyan köklərinin birləşdirdiyi Yuqoslaviyaya 1999-cu ildə NATO güclərinin müdaxiləsi Rusiyanın qəzəbini provokasiya etdi. NATO SSRİ dövründə heç zaman Varşava müqaviləsi təşkilatının sərhədində bomba kampaniyasına başlamamağa cürət etməzdi. Bundan sonra rusiyalılar ABŞ-ın Əfqanıstan və İraqa müdaxiləsini müşahidə edirdilər.

Hərçənd Putin hazırda rusiyalılar arasındakı danılmaz məşhurluqdan istifadə edir. İddia etmək olmaz ki, Rusiya demokratiyası canlıdır. Bu belə deyil. Amma Putin soyuq tərzi, soyuq mavi gözləri və cüdoçuya məxsus bədən quruluşu Rusiyanın indiki əhval-ruhiyyəsinə uyğundur. Məhz Rusiyanın indiki gənc nəsli Sovet İttifaqının dağılması ilə hər şeydən məhrum oldular: superdövlət statusu, milli qürur, əliaçıq sosial dövlət, cinayətlərin aşağı səviyyəsi və sair. 1990-cı illərdə demokratiyanı qurmaq cəhdləri bütün bunları qaytara bilmədi. Amma Putin yüksək neft qiymətləri ilə birlikdə bunu bacardı. Ən azından bu gün rusiyalıların çox hissəsi belə düşünür.

Əksər rusiyalıların fikirləri heç də ondan asılı deyil ki, biz Putinin metodları ilə razıyıq. Ya yox? Geosiyasi məsələlər aid qərarların qəbul olunmasında Rusiyaya iştirak etmək hüququnu vermək lazımdır. Biz “soyuq müharibə” dövründə onun fikiri ilə hesablaşmağa məcbur idik. Və hazırda Rusiyanın maraqlarını görməməzlikdən gəlmək olmaz.

Amma biz öz siyasi kursumuzu dəyişdirməyə hazırıqmı? Bu ayın əvvəlində NATO-nun Uels sammitində ioperativ reaksiya qüvvələrinin yaradılması barədə qərar qəbul edildi. Baxmayaraq ki, bu güclər böyük əhəmiyyətə malik deyil, amma bu qərar növbəti dəfə Rusiyanın təhlükə barədə qorxularını təsdiqləmiş oldu. Bu gün münaqişənin eskalasiyası yalnız bir istiqamətdə gedir: gərginliyin gücləndirməsi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm